Beynəlxalq Muğam Mərkəzi Dünya Mədəniyyət Festivalında ölkəmizi təmsil edib

11:58 02.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və BMM-in solisti, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Dünya Mədəniyyət Festivalında “Ulduzların iştirakı ilə təntənəli konsert” də iştirak ediblər. Sənətkarların ifasında “Heyratı” zərb muğamı və kompozisiyası, “Bayatı Şiraz” üzərində muğamlar və rəqslərdən ibarət kompozisiya, Pakistan milli musiqisindən ibarət proqram təqdim olunub.

Hafta.az xəbər verir ki, bu barədə Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azəri məlumat yayıb.

O, qeyd edib ki, məşhur sənətçilərinin də qatıldığı konsert proqramı Pakistanın Kəraçi şəhərində ikinci dəfə təşkil olunur:

“Yüksək səviyyədə keçirilən festivalda Sahib Paşazadə və Kamran Kərimovun ifaları, Azərbaycan muğamı, musiqi alətlərimiz böyük sevgi ilə qarşılanıb. Konsertdə tamaşaçı izdihamı müşahidə olunub. Proqramda, həmçinin Pakistanın tanınmış ifaçıları Faris Şəfi, Miişa Şəfi, Gizri, Darabu da çıxış ediblər”.