Bəzi magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

13:52 02.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 3-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a məlumat verilib.