Bəzi yollarda sürət həddi aşağı salınıb

15:17 08.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yağıntılı hava şəraitinə görə Bakının bəzi yollarında sürət həddi aşağı salınıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən hafta.az-a verilən xəbərə görə, hazırda paytaxt ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində, Aeroport şossesində, Mərdəkan-Buzovna yolunda, Bilgəh yolunda, Zığ şossesində quraşdırılan məlumat sürət portallarında hərəkət sürəti 20 km/saat endirilib.