Biləsuvarda koronavirus xəstəsi ictimai yerdə saxlanılıb

17:51 06.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini S.Bağırova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə S.Bağırovun xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

S.Bağırovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.

Oxunma sayı 22