Binəqədidə iki avtomobil toqquşub

12:27 15.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Hafta.az-ın xəbərinə görə, qəza nəticəsində 1977-ci il təvəllüdlü Hüseynov Ramiz Zaur oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.