Bioloji qohumluğu olan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək

20:19 11.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nikahın bağlanmasına maneə törədən hallar artır.

Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında müzakirəyə çıxarılmış Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilmir.