Bir ailənin 5 üzvünün cəsədi tapıldı - QUSARDA DƏHŞƏTLİ OLAY

16:29 17.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.

Hafta.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

 Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır, ölənlərin kimliyi müəyyənləşdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu faktı təsdiqləyib.