Yazını böyüt
Yazını kiçilt
Mart ayının sonunadək, təqribən bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq.
Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib:
"Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min tibbi maskadır. Son bir ayda Azərbaycanda ən çox tibbi maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min tibbi maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var".