YUNESKO nümayəndələri Azərbaycan və Qarabağın işğaldan azad olunmuş ərazilərdəki abidələrin monitorinqi ilə bağlı səfərə dəvət olunsa da, məlum təşkilat öz missiyasını icra etməkdən boyun qaçırır. Verilən xəbərlərə görə, indi də torpaqlar işğaldan azad edildikdən sonra YUNESCO həmin ərazilərə səfər etməyə maraq göstərir, amma Ermənistan buna qarşı çıxır.
Bu barədə hafta.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, BMT-nin xüsusi qurumu olan YUNESKO-nun əsas missiyası humanitar dəyərlərə, mənəvi abidələrlə bağlı məsələlərə öz münasibətini bildirmək, bəşər svilizasiyasına aid olan abidələrin qorunmasında iştirak etməkdir. H.Babaoğlu digər beynəlxalq qurumlar kimi zaman-zaman YUNESKO-nun da dünyada imperatif şəkildə möhkəmlənmiş iradə mövqeyindən yanaşdığını təəssüflə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti də bu məsələyə toxunaraq torpaqlar işağal altında olarkən YUNESKO-nun ölkəmizə dəvət edildiyini və onların bu səfərdən yayındığını bildirib.
“Demişdilər ki, biz siyasi məsələlərə qarışmırıq. İndi hazırda torpaqlar işğaldan azad olunub. Amma indi də gəlmirlər. Çox təəssüf ki, bu, siyasi yanaşmadan çox islamafob və ikilistandartlar mövqeyinə əsaslanır. Şübhəsiz ki, beynəlxalq hüquqa görə bütün Qarabağ Azərbaycanın suveren əraziləridir. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın əraziləri beynəlxalq hüquqla BMT tərəfindən tanınıb. Belə olan təqdirdə YUNESKO hansı əsasa söykənərək Azərbaycana gəlməkdən imtina edir. Təbii ki, burda ikilistandartlar və islamafov mövqe sərgilənir. Şübhəsiz ki, biz Yuneskonun bu mövqeyini qınayırıq. Yunesko özünün nufuzunu tərəfsizliyini, nüfuzunu elan elədiyi dəyərlərə söykənərək qərarlar qəbul etdiyini isbat etmək üçün gəlməlidir və Azərbaycanda ermənilərin işğal müddətində hansı vandalizmi törətdiyini görməlidir”-deyə H.Babaoğlu bildirib.