Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş təşkilatın baş qərargahının ABŞ-dan köçürülməsini real hesab etmir.
Hafta.az bildirir ki, o, bu barədə RİA Novosti-yə müsahibəsində danışıb.
Agentliyin bir çox dövlətlərin qərargahın ABŞ-dan başqa yerə köçürülməsini fəal şəkildə müdafiə etməyə başlayacağından qorxduğu barədə sualına Quterreş etiraf edib ki, onun fikrincə, bu, real deyil.
“Ev sahibi ölkə bütün digər ölkələrin nümayəndə heyətlərinin BMT-yə gəlməsi və təşkilat daxilində işləməsi üçün onlara giriş icazəsi verməyə borcludur. Bizim bu mövqeyimiz çox aydındır. Mən Rusiya nümayəndə heyətlərinin üzvlərinə viza verilməsi üçün inadla mübarizə apardım”, - deyə baş katib bildirib.