Yazını böyüt
Yazını kiçilt
Bolqarıstanda Afrika vəbasının yeni ocağı aşkar edilib. Bununla əlaqədar olaraq Ruse rayonunun Nikolovo kəndində yerləşən fermada 17 min donuz evtanaziya edilib.
Kənar şəxslərin fermaya girişi qadağan olunub. Rayonda maşınların və insanların dezinfeksiyası işləri aparılır. Rayonda vəziyyət acınacaqlıdır, çünki yaxınlıqda daha iki böyük donuz ferması var. Nikolovo ferması ilə birlikdə bu fermalar ölkənin donuz ətinə olan ehtiyacının üçdəbirini ödəyir. Afrika donuz vəbasına qarşı mübarizəyə hərbçilər və jandarmeriya qoşulub.