Yazını böyüt
Yazını kiçilt
Bolqarıstanın paytaxtı Sofiyanın hakimiyyət orqanları sovet əsgərlərin xatirəsinə ucaldılmış abidənin sökülməsi üçün işlərə başlayıb. Bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) öz saytında məlumat yayıb.
Bürünc heykəllər 70 ildən sonra ilk dəfə bərpa üçün təhvil veriləcək. Mütəxəssislər bildirirlər ki, bu illər ərzində abidədə dərinliyi beş santimetrə çatan iri korroziya çatları əmələ gəlib. Fiqurların beton bazasından onilliklər ərzində nəm sızırdı.
Bərpadan sonra ən hündür fiqurlar Sosialist İncəsənəti Muzeyinin sərgisinə daxil ediləcək.