Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

15:11 30.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Zati-aliləri!

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü kimi ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin, eləcə də onun bütün vətəndaşlarının firavanlığı üçün ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq xarakteri daşıyan əməkdaşlıqdan məmnun olduğumu xüsusi vurğulayıram. Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı və dərin ehtiramımı ifadə edirəm.

Oxunma sayı 174