Böyük maraqla gözlənilən filmlərin nümayiş tarixləri təxirə salınıb

11:12 14.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pərəstişkarlarının səbirsizliklə gözlədiyi “The Batman” filminin davamının nümayiş tarixi təxirə salınıb. Robert Pattinsonun super qəhrəmanı canlandırdığı film 2 oktyabr 2026-cı ildə ekranlara çıxacaq. Bu, əvvəlki buraxılış tarixindən düz bir il sonra deməkdir.

Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, “The Batman 2” Varner Brosun buraxılış təqvimində edilən yeganə əhəmiyyətli dəyişiklik deyildi. Kristian Beylin baş rolda oynadığı və rejissoru Meqqi Gillenhaal olan “The Bride!”, “The Batman 2”nin əvvəlki buraxılış tarixi olan 3 oktyabr 2025-ci ildə ekranlara çıxacaq.

Barri Levinsonun qanqster filmi “Alto Nights” da 24 noyabr 2024-cü ildən 21 mart 2025-ci il tarixinə təxirə salınıb. Usta rejissor Paul Tomas Andersonun hələlik adı olmayan, ulduzlarla dolu filmi 8 avqust 2025-ci ildə ekranlara çıxacaq.

Həmin ilin avqustunda Mattson Tomlin Rivzlə ssenari yazmağa başlayıb və 2023-cü ilin yanvar ayının sonunda DC Studios-un rəhbərləri Ceyms Qann və Piter Safran filmin 3 oktyabr 2025-ci ildə ekranlara çıxacağını elan etdilər.

DC Studios rəsmiləri deyirlər ki, filmin nümayiş tarixinin gecikməsi keçən ilki tətillərlə bağlıdır.

“The Batman” ABŞ-da 134 milyon dollar gəlirlə pandemiyanın ikinci ən yaxşı açılışını etdi. Film dünya üzrə 770,3 milyon dollar qazanıb.

Böyük aktyor heyətinə həmçinin “Pişik qadın” rolunda Zoe Kravitz, Riddler rolunda Paul Dano və Alfred rolunda Endi Serkis daxil idi. Filmdə həmçinin Riddlerlə dostluq edən sirli Arkham Asilum məhbusu rolunda Barri Keoghan rol alıb və personaj “Joker”in bir versiyası kimi uydurulub.

Aksiya janrında çəkilmiş “The Bride!” filmində baş rollarda Cessi Bakli və Piter Sarsqard, həmçinin Annet Beninq və Penelope Kruz çəkilib.

Yazıçı-rejissor Andersonun yeni filmində baş rolları Leonardo DiKaprio, San Penn, Regina Hall, Teyana Taylor, Uod Harris, Alana Haym və Ças İnfiniti canlandırıb. Mövzu ilə bağlı təfərrüatlar məxfi saxlanılır.