Bred Pittin çoxdan gözlənilən “Formula 1” filminin ilk treyleri nəhayət gəldi. F1 treyleri əfsanəvi rok qrupu Queen-in “We Will Rock You” mahnısının müşayiəti ilə yüksək sürətli yarış görüntülərini təqdim edir.
Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, Apple Original Films-in istehsal etdiyi filmdə 32 yaşlı britaniyalı aktyor Damson İdris də çəkilib.
Filmdə Pitt keçmiş Formula 1 pilotu Sonni Hayes rolunu oynayır. Hayes, qondarma APXGP komandasından yeni komanda yoldaşı Coşua Pearse mentorluq edərək idmana qayıdır.
Yarış filminin aktyor heyətinə Kerri Kondon, Xavyer Bardem, Tobias Menzies, Sarah Naylz, Kim Bodnia və Samson Kayo da daxildir. 55 yaşlı ispan aktyor Bardem APXGP-nin bossu rolunu oynayır.
F1-in çəkilişləri keçən ilki Britaniya Qran Prisi və bu ilin yanvarında keçirilən Daytona 24 Hours kimi real Formula 1 tədbirlərində aparılıb.
Özü də Formula 1 çempionluğunun dəfələrlə qalibi olan Luis Hamilton filmə bir çox cəhətdən, o cümlədən ssenari yazılmasına töhfə verib.
“Top Gun: Maverick” blokbasterini çəkən Cozef Kosinskinin rejissorluq etdiyi filmin prodüserləri arasında Pitt və 39 yaşlı Formula 1 ulduzu Həmilton da var.
Formula 1-lə birgə hazırlanan filmin ssenarisini Kosinski ilə birlikdə “Top Gun: Maverick”də də işləmiş Ehren Kruger yazıb.
F1-in Şimali Amerikada premyerası 27 iyun 2025-ci ildə gözlənilir. Filmin digər ölkələrdə nümayiş tarixi 25 iyun 2025-ci ildir.