Britaniya donanması İrandan Yəmənə silah aparan gəmini saxlayıb

09:15 03.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya donanmasına məxsus hərbi gəmi Oman körfəzində İrandan Yəmənə gedən kiçik bir qayığı saxlayıb.

Hafta.az-ın yazdığına görə, ABŞ-a məxsus kəşfiyyat təyyarəsinin müşahidəsi nəticəsində aşkarlanan Oman körfəzindəki yük daşıyan kiçik qayıqda tank əleyhinə raketlər və bu silaha aid sursat olub.

Britaniya donanması tərəfindən ələ keçirilən qayıqda Rusiya istehsalı olan 9M133 Kornet tank əleyhinə idarə olunan raket və orta mənzilli ballistik raket birləşmələrinin üzgəcləri ələ keçirilib.

ABŞ Hərbi Dəniz Qüvvələri qayığın əvvəllər Yəmənə silah tədarük etmək üçün istifadə edilən marşrutda saxlanıldığını açıqlayıb. Digər tərəfdən, Britaniya donanmasının müsadirə etdiyi silahların İrandan Yəmənə qaçaq yolla silah keçirən silah tacirlərinə aid ola biləcəyi də bildirilir.