Britaniya kraliçasının dəfn mərasimi başa çatıb

22:59 19.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi başa çatıb

 

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, mərasim dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

 

Dini mərasim Vindzorda yerləşən Müqəddəs Georgi Kapellasında keçirilib. O, Kral VI Georgİ Memorial Kapellasında dəfn ediləcək.

 

Kraliçanın qəbir daşında “II ELIZABETH 1926-2022” yazılacaq.

 

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.