Yazını böyüt
Yazını kiçilt
Britaniya Ukrayna hərbçiləri üçün döyüş hazırlığı proqramını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Hafta.az bildirir ki, Sky News telekanalının məlumatına görə, döyüş kursu üç həftədən beş həftəyə qədər uzadılacaq.
Bu ilin iyun ayından etibarən 4700-ə yaxın ukraynalı hərbçi İngiltərənin şimalında, cənub-qərbində və cənub-şərqində yerləşən hərbi bazalarda təlim keçib. On minlərlə ukraynalı əsgərin Britaniyada təlim kursları keçəcəyi planlaşdırılır.
Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, kursun genişləndirilməsi Ukrayna ordusunu döyüş əməliyyatlarına daha yaxşı hazırlayacaq.