Bu avtobusun yolu dəyişdirildi

22:16 03.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mehdiabad-Digah-Məmmədli yolunda aparılan təmir işləri ilə əlaqədar Məmmədli kəndi ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hafta.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 

Bildirilir ki, məhdudiyyətlə əlaqədar 217 nömrəli marşrut avtobusu Məmmədli dairəsinə qədər fəaliyyət göstərir.