Bu bəladan az itkilərlə çıxmaq üçün Siz vaxtında qabaqlayıcı tədbirlər gördünüz - Yevlaxdan Əməkdar müəllim Leyla Səlimova Prezidentə yazır

13:58 25.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çox hörmətli əziz Prezidentimiz.

Bu məktubu yazmağı özümə borc bildim.

Bütün dünya, o cümlədən də ölkəmiz çətin sınaq qarşısındadır. Bu bəladan az itkilərlə çıxmaq üçün Siz vaxtında qabaqlayıcı tədbirlər gördünüz. Ağır günlərdə də insanların yayında oldunuz, vəziyyətləri ilə maraqlandınız. Sizin və Mehriban xanımın tədbirləriniz, çağırışlarınız göstərir ki, Siz gecə-gündüz demədən çalışır, bizim sağlamlığımızı, problemlərimizi bizdən də çox düşünürsünüz. Millətin gələcəyi olan təhsilə xüsusi diqqət ayırırsınız. Azərbaycanın gələcəyi olan uşaqların, onlara bilik verən müəllimlərin bu virusa yoluxmaması üçün ilk növbədə, məktəbləri bağladınız. “Evdə qal, təhsildən qalma” müddəanızı əzmlə yerinə yetiririk. Sizin gördüyünüz işlərin həcmi, Vətən, xalq üçün çəkdiyiniz zəhmətlər insanın təsəvvür dairəsini üstələyir. Sizin mənfur erməni Paşinyana verdiyiniz tarixi dərs bütün təhsil işçiləri tərəfindən qürurla qarşılandı və ruh yüksəkliyi yaratdı. Bu bir tarix idi, özü də yeni tarix. Bu dərs torpaqlarımızın tezliklə qaytarılmasına inamı daha da artırdı.

Cənab Prezident, Sizin imzanızla aldığım Əməkdar müəllim kimi öz adımdan, Yevlax şəhər 2 saylı tam orta məktəbin kollektivi adından Sizə “çox sağ olun” deyirəm, minnətdarlığımı bildirirəm. Həmişə olduğu kimi Sizə inanırıq. Həmişə Sizinləyik.

Dərin hörmətlə,

Əməkdar müəllim Leyla Səlimova

Azərbaycan Respublikası, Yevlax şəhəri.