Bu görüş həm Rusiya, həm Azərbaycan üçün faydalı idi - Rəy

16:00 10.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Rusiya-Azərbaycan münasibətlərində bir az gərginlik yaşansa da, Azərbaycan öz mövqeyini bir az da əsaslandırılmış şəkildə çatdıra bildi".

Bunu Hafta.az-a açıqlamasında Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, Rusiya tərəfi ilk vaxtlar Azərbaycanın tələblərini fərqli formada, köhnə imperiya anlayış ilə qarşılamağa çalışsa da, zaman göstərdi ki, kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, xarakterli dövlətlər öz prinsiplərini davam etdirə bilir:

“Biz bunu Düşənbə görüşündə də gördük. Rusiya Prezidenti mülki təyyarənin vurulmasına görə təəssüf hissi sərgilədi və bu, münasibətlərin müəyyən qədər yumşalmasına gətirib çıxartdı. Məncə bu proses davam edəcək”.

F.Mustafa qeyd edib ki, Rusiyanın da xeyli problemləri var, özünü yeni düşmən, yeni müəyyən xoşagəlməz bir ölkə axtarma anlayışından uzaqlaşdırmaq istəyir:

“Hər halda bu görüş həm Rusiya, həm Azərbaycan üçün faydalı idi. Gərginliyin ortadan götürülməsi hamımızın xeyrinədir. Ümid edirəm ki, vəziyyət bundan sonra yumşalmaya gedəcək”.