Yazını böyüt
Yazını kiçilt
Bu gün Gürcüstan Diplomatiyası Günüdür. Bu münasibətlə ölkənin baş naziri İrakli Qaribaşili gürcü diplomatlarının peşə bayramını təbrik edib.
Hafta.az-ın yazdığına görə, təbrikdə deyilir: "Bu tarix böyük ictimai xadim, gürcü xalqının Avropa ideyasının öncüllərindən biri - Sulxan-Saba Orbelianinin adını daşıyır. Qürurverici haldır ki, Gürcüstan diplomatiyası hələ də ulu əcdadların missiyasını yerinə yetirir, çətin çağırışlar fonunda dünyanın dörd bir yanında Gürcüstanın maraqlarını layiqincə həyata keçirir, dövlətin sabitliyinə və inkişafına mühüm töhfələr verir".
Baş nazir qeyd edib ki, hazırda Gürcüstanın yüksək dərəcədə peşəkar, vətənpərvər diplomatlara ehtiyacı var. O, ölkənin rifahına istiqamətlənmiş hər cür fəaliyyətlərə hökumət adından dəstək veriləcəyini bir daha təsdiqləyib.
Qeyd edək ki, Gürcüstan Diplomatiyası Günü 2004-cü ildə gürcü diplomatların peşə bayramı kimi təsis olunub. Bayram günü məşhur gürcüstanlı yazıçı və ictimai xadim Sulxan-Saba Orbelianinin doğum gününə təsadüf edir.