Orta məktəblər üçün kitab çapı işində Azərbaycan hələ ki, dünya ilə ayaqlaşa bilmir. Çünki kitab sənayesi hər gün inkişaf edir, hər gün yeni avadanlıq istehsal olunur amma bizdə hələdə nəşriyyatlar köhnə avadanlıqlardan istifadə edərək bu işi həyata keçirirlər.
Bu fikirləri hafta.az-a təhsil eksperti Kamran Əsədov deyib:
“Məhz kağız, rəng və digər keyfiyyətlərinə görə Azərbaycandakı orta məktəb kitablarlı ilə Avropada çap olan kitablar arasında ciddi keyfiyyət fərqi var. Bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Yəni tədris materiallarının sadələşdirilməsi əvəzinə, müddətin uzadılması ilə onun sadələşdirilməsi haqqında düşünülür ki, həyata keçirilən tədbirlər nəticəsində isə proqram daha çox ağırlaşır. Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı, şagirdlər”.