Bu il Azərbaycanda 544 nəfər ad, ata adı və soyadını dəyişdirib

13:40 13.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il Azərbaycanda ad, soyad, soyad sonluğu və ata adının dəyişdirilməsi ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.

Bu barədə Ədliyyə Nazirliyindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 176, fevral ayında 214, mart ayında isə 154 adın, ata adının və soyadın dəyişdirilməsi qeydə alınıb.