Bu il pensiyanı ən çox artıran ölkələr

10:00 16.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il dünya miqyasında əhalinin real pensiya artımını göstərən siyahı hazırlanıb. Məlum olub ki, hökumətlərin öz əhalisinin yaşlı təbəqəsinin sosial müdafiəsi məqsədilə verdikləri qərar heç də bütün ölkələrdə insanların üzünü güldürməyib.

Hafta.az-ın yazdığına görə, siyahıda 17,4 faiz pensiya artımı ilə qardaş ölkə Türkiyə birinci yerdədir. Türkiyəyə ən yaxın göstərici ilə diqqət çəkən Meksika 15,6 faiz artımla ikinci pillədə qərarlaşıb.

İlk beşliyə daxil olan digər ölkələrdəki artım rəqəmi isə Türkiyəninkindən ən azı 6 dəfə aşağıdır. Belə ki, ilk beşlikdə üçüncü pillədə qərarlaşan Belçikada pensiya artımı cəmi 2,8 faiz, İspaniya 2,5 faiz, Rusiyada 2,4 faiz və ABŞ-da 2,2 faiz olub.

Bəzi ölkələrdə isə pensiyalar artmaq əvəzinə aşağı düşüb. Məsələn, pensiya bu il Estoniyada 9,7 faiz, Polşa 7,7 faiz və Kosta Rikadır 7,1 faiz azalıb.