Bu jurnalistlərə vahid vəsiqə veriləcək

15:24 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Media reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək.

 

Hafta.az xəbər verir ki, bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb.

 

Qeyd edilib ki, informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda, ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.

Oxunma sayı 31