Bu meyvə şirəsinin 3 saata qandakı şəkəri aşağı saldığı bilindi

18:46 18.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Nar şirəsi şəkərli diabetdən əziyyət çəkən insanlar üçün faydalı ola bilər.

Hafta.az-ın xarici mediaya istinadla verdiyi xəbərdə deyilir ki, Böyük Britaniyadan olan dietoloq Rob Hobsonun fikrincə, bu içki qanda şəkərin səviyyəsini 3 saat müddətində aşağı sala bilir.

Bunun necə baş verdiyi hələ dəqiq bilinmir, lakin tədqiqatçılar bu təsirin həmin içkinin tərkibindəki antioksidantlardan qaynaqlandığını düşünürlər.

“Nar şirəsində çox yüksək antioksidant konsentrasiyası var. Bu içki, yaşıl çaydan üç qat daha çox antioksidant aktivliyə malikdir. Bu antioksidanlar əsasən flavonoidlərdir, lakin zənnimcə bu, şirəyə tünd qırmızı-bənövşəyi rəng verən antosiyaninlərdir. Bu antioksidanlar hansısa şəkildə şəkərlə bağlıdır və onun insulin səviyyəsinə  böyük təsir göstərməsinə mane olur" -deyə ingilis alim bildirib.