Ukraynada Rusiya prezidenti Putinin əmri ilə başlayan müharibə bütün sürətiylə davam edərkən İngiltərədən diqqətçəkən bir açıqlama gəlib.
Hafta.az bildirir ki, Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar.
Müharibə Ukraynanın şərq bölgələrində can almağa davam edərkən İngiltərədən çox danışılan xəbərdarlıq gəlib.
İngilis Daily Mail-də çıxan xəbərə görə, İngiltərə ordusunun ən yüksək rütbəli zabitlərindən biri kimi göstərilən Pol Karni əsgərlərə "Rusiya ilə müharibəyə hazır olun" xəbərdarlığını edib.
Soldier jurnalı üçün məqalə yazan Karni əsgərlərdən döyüşə fiziki hazırlıqlarını yoxlamağı xahiş edib.
'Dünya dəyişdi və biz yeni reallıqlara hazır olmalıyıq' deyən İngilis zabit məqaləsində bu ifadələrə yer verib:
“Bizim yoxluğumuzda ən çətin rolu olan insanlar sevdiklərimiz və ailələrimizdir. Onları bu vəziyyətə hazırlamağımız da vacibdir”.
Müharibənin ilk günündən Kiyevə dəstək verən İngiltərə son həftələrdə Ukraynaya daha çox sayda raket sistemi və idarə olunan raketlər verəcəyini açıqlamışdı.
Keçən dövrdə Britaniya ordusunun komandanı general Ser Patrik Sanders ingilis əsgərlərinə “Avropada döyüşməyə hazır olun” mesajı vermişdi.
Sanders, Rusiyanın Ukraynaya təcavüzünün 'yeni bir etibarsızlıq dövrünə' yol açdığını vurğulayan bəyanatında bu ifadələrə yer verib:
“İndi müttəfiqlərimizlə birlikdə Rusiyanı məğlub edə biləcək bir Ordu yaratmaq imperativi var”.
Əvvəllər Şimali İrlandiya, Kosovo, İraq və Əfqanıstanda əməliyyatlara komandanlıq etmiş 56 yaşlı Sanders “Biz hərbçiləri yenidən Avropada döyüşməyə hazırlamalı olan nəsliyik” deyib.
İngilis komandiri həmçinin Ordunun modernləşdirilməsi planlarını sürətləndirəcəyini və böhranlara daha tez cavab vermək üçün xaricə daha tez-tez yerləşdirməyi vəd edib.