Yazını böyüt
Yazını kiçilt
Günümüzdə insanlar istər öz vətənlərində, istərsə də hər hansı xarici ölkədə yaşamaq və təbii ki, orada özünə ev almaq kimi sərbəstliyə malikdirlər. Amma hamı bu arzusunu asanlıqla reallaşdıra bilirmi?
Hafta.az-ın yazdığına görə, Seasia.stats və Numbeo-nun məlumatları əsasında bu müstəvidə araşdırma aparılıb və dünyada ev almağın ən çətin olduğu ölkələri sıralayan siyahı hazırlanıb.
2025-ci ildə ev qiymətlərinin orta gəlirə nisbəti üzrə hazırlanan siyahıdan ilk onluğu təqdim edirik:
1. Türkiyədə 81,45 faiz, 2. Nepalda 59,04 faiz, 3. Hindistanda 49,86 faiz, 4. İndoneziyada 48,35 faiz, 5. Ermənistan da 46,12 faiz, 6. Cənubi Koreyada 38,71 faiz, 7. Peruda 33,01 faiz, Braziliyada 28,1 faiz. 10. Çilidə 28,01 faiz.