Bu yollarda sıxlıq var - SİYAHI

09:00 30.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Mikaylı Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.