Burns Zelenskiyə hərbi yardımın kəsilə biləcəyi barədə xəbərdarlıq edib

12:27 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns bu ilin yanvarında Ukrayna prezidenti Vladimir Zelenskiyə xəbərdarlıq etmişdi ki, hərbi yardım azalmağa başlaya bilər, ona görə də Kiyev döyüş meydanında mümkün qədər tez nəticə əldə etməlidir. Bu barədə iki Ukrayna rəsmisinə istinadən “Politico” qəzeti yazıb.

“Yanvar ayında Burns Ukrayna prezidenti Vladimir Zelenskini döyüş meydanında mümkün qədər tez irəliləyiş əldə etməyə çağırıb, çünki hərbi dəstək azalmağa başlaya bilər”, – qəzet rəsmilərə istinadən yazıb.

Politico-nun qeyd etdiyi kimi, Burnsun xəbərdarlığı ABŞ Konqres Palatasının tezliklə Ukraynaya dəstəyi azaltmağa başlayacağına dair proqnozlardan və Kiyevin ABŞ prezidenti Co Bayden administrasiyasındakı bəzi şəxslərin Konqresi hərbi qüvvələri azaltmaq üçün bəhanə kimi istifadə etməkdən məmnun olacağından narahatlığından sonraya təsadüf edir.