Cahil keşişlər seli dayandırmaq üçün ikonlar uçurdular

09:29 15.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Orenburq vilayəti sel və daşqın fəlakətləri ilə mübarizə apararkən, bir qrup pravoslav din xadimi Tobol çayı üzərində ikona uçurub.

Hafta.az-ın yazdığına görə, Kurqan yeparxiyasından verilən açıqlamada deyilir ki, ruhanilər An-2 model kənd təsərrüfatı və nəqliyyat təyyarəsi ilə havaya qalxaraq selin bitməsi üçün dua ediblər.

Rusiyada İkinci Dünya Müharibəsindən bəri fəlakət zamanı ikonaların təyyarələrdə uçması ənənəsi var.

Bu arada, daşqınların təsirli olduğu Orenburq şəhərində ötən gecə Grand Park adlanan çoxmərtəbəli mənzillərdən ibarət yaşayış kompleksi su altında qalıb.

Digər tərəfdən, rəsmilər Ural çayında suyun səviyyəsinin qalxmasının dayandığını və "ən pis vəziyyətin" keçdiyini bildiriblər.

Rəsmi mənbə bir gündə çayda suyun səviyyəsinin 42 santimetr artaraq 1171 santimetrə çatdığını, artımın isə son dörd saatda dayandığını bildirib.

“Daha artım olmayacaq, vəziyyət sabitləşəcək və sonra suyun səviyyəsi azalmağa başlayacaq”, - deyə rəsmi bildirib.

Oxunma sayı 202