Ukrayna ordusunun hücumu davam edərkən, Rusiya mətbuatından diqqətçəkən bir iddia gəlib. Dövlət televiziyası Putinin tələyə düşdüyünü şərh edib.
Hafta.az bildirir ki, müharibədə təşəbbüsü ələ alan Ukrayna qüvvələri hücumlarını davam etdirərkən, rus qoşunları geri çəkilir.
Rusiya bu vəziyyəti “yenidən qruplaşma” kimi təqdim etsə də, bölgədəki son vəziyyət Rusiya ictimaiyyətində müzakirələrə səbəb olub.
Meydanda uğursuzluq Rusiya mətbuatının gündəminə düşüb. Kremlin nəzarətində olan dövlət televiziyasında vəziyyətlə bağlı maraqlı iddia irəli sürülüb.
Keçmiş parlament üzvü Boris Nadejdin canlı yayımda şərhində "Putin pusquya düşdü" deyib və onun müşavirlərini günahlandırıb.
Britaniyanın "Metro" qəzetində yer alan xəbərə görə, Nadejdin "Əməliyyatın tez və təsirli olacağı barədə Putinə məlumat verənlər... bu insanlar hamımızı tələyə salıb" deyib.
Ukraynanı məğlub etməyin mümkün olmadığını anlamalı olduqlarını ifadə edən Nadejdin, “Problemləri siyasətlə həll etməyin vaxtıdır” deyib.