Canlı yayımda hədələyərək MÜHARİBƏNİN YENİ ÜNVANINI AÇIQLADI - HƏDƏF...

13:39 14.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Ukrayna arasında müharibə tam sürətlə davam edərkən, Kremlin komandanlığında Rusiya televiziyasından təhdid dolu açıqlama gəlib. Rusiyalı aparıcı ABŞ-ın silah yardımını vurğulayaraqbelə davam edərsə, müharibənin hara yayılacağını açıqlayıb.

Hafta.az xəbər verir ki, Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar.

Rusiyadan gələn xəbərlər isə bu gərginliyin daha da artacağından xəbər verir. Bir müddətdir ki, Rusiya dövlət televiziyasından təhdid xarakterli verilişlər aparılır.

Kremlin nəzarətində olan “Rossiya-1"-də "60 dəqiqə” adlı verilişin aparıcısı Olqa Skabeyeva Rusiyanın hədəfə aldığı yeni ölkəni açıqlayıb.

O, Qərbin Ukraynaya silah tədarükünün qlobal münaqişəyə bərabər olduğunu iddia edərək, “Bəlkə Ukraynada Xüsusi Hərbi Əməliyyatın bitdiyini qəbul etməyin vaxtı çatıb. Əsl müharibə, 3-cü dünya müharibəsi başlayıb".

“New York Post”da yer alan xəbərə görə, rusiyalı aparıcı ABŞ-ın Ukraynanı silahlandırmağa davam edəcəyi təqdirdə müharibənin Polşaya da yayılacağını iddia edib.

Skabeyeva, “ABŞ 300 kilometr mənzilli raketlər göndərsə, dayana bilmərik. Belə olan halda biz Varşavaya qədər gedəcəyik”.

Skabeyeva ABŞ-ın ötən həftə Ukraynaya göndərməyə başladığı M142 Yüksək Hərəkətli Artilleriya Raket Sistemlərinə (HIMARS) istinad edir.

Hərbi ekspertlər bildirirlər ki, bu silahların Ukrayna ordusunun inventarına daxil olması ilə müharibədəki balans dəyişə bilər.

Britaniya mətbuatının “Putinin kuklası” adlandırdığı Skabeyevanın Kremlin razılığı olmadan bu açıqlamanı verə bilməyəcəyi bildirilir.