Yazını böyüt
Yazını kiçilt
Yaponiyanın paytaxtı Tokioda “Çanmi” tropik fırtınası güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub. Çaylarda suyun səviyyəsi qalxıb, uçuş və qatar xidmətlərinin fəaliyyəti dayandırılıb.
Hafta.az xəbər verir ki, “Çanmi” tropik fırtınası səbəbindən Okinava və Kaqoşima prefekturalarında 47 mindən çox ev elektriksiz qalıb.
Fırtınanın ölkənin bir çox yerində güclü küləklərə, leysan yağışlara, torpaq sürüşmələrinə və yüksək dalğalara səbəb olacağı gözlənilir./“Kyodo News”/