CAR-ın parlament binasında yanğın olub

12:16 02.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Cənubi Afrika Respublikasının Keyptaunda yerləşən parlament binasında yanğın baş verib.

Hafta.az France Press agentliyinə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, parlament binasının üzərində qatı tüstü qalxır. “Dam örtüyü yanıb. Milli Məclisin (aşağı palata) binası da yanır”, - şəhər təcili xidmət orqanlarının nümayəndəsi agentliyə belə deyib. Onlar yanğının söndürülməsi üçün əlavə kömək istəyiblər.

Yanğını lokallaşdırmaq hələlik mümkün olmayıb. Zərərçəkənlər barədə məlumat verilmir. Yanğının səbəbi araşdırılır.