Cavanşir Feyziyev “Şöhrət” ordeni ilə təltif edildi

15:41 17.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev C.Ə.Feyziyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Əyyub oğlu Feyziyev “Şöhrət” ordeni ilə təltif edilsin.

Siyasət rubrikasından digər xəbərlər