Cavid Əbdül-Qədirov əlilliyi olan xanımları təbrik edib

19:23 07.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov Respublika Əlillərin Bərpa Mərkəzi, Mərdəkan Müalicə Pansionatı və Uşaq Bərpa Mərkəzində olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, bu müəssisələrdə hazırda reabilitasiya kursu keçən əlilliyi olan xanımlara, eləcə də sağlamlıq imkanları məhdud qızlara nazirliyin bayram təbriki ifadə olunub.

Aparılan bərpa müalicə işləri də nəzərdən keçirilib.