Cəlilabadda ikimərtəbəli ev yandı

09:00 30.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunun Qarğılı kəndində ümumi sahəsi 96 m² olan ikimərtəbəli (hər mərtəbəsi 48 m², 2-ci mərtəbəsi taxta və çiy kərpicdən ibarət) evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, bitişik köməkçi tikili yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.