“Cənnətə gedən pilləkənlər”ə qalxan turistlər saxlanıldı

09:34 30.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Havay ştatında ziyarətinə qadağa qoyulan “Cənnətə gedən pilləkənlər”lə qalxan turistlər saxlanılır.

Hafta.az-ın “Hawaii News Now”a istinadən yazdığına görə, Havay adasının Oahu adasındakı Honolulu şəhərində yerləşən Haiku pilləkəni təqdim etdiyi möhtəşəm mənzərə ilə turistlərin böyük marağına səbəb olan ərazilərdən biridir.

Lakin Honolulu Bələdiyyəsinin aprelin 17-də verdiyi açıqlamada 1987-ci ildən qadağan edilən pilləkənin aprelin 22-dən etibarən söküləcəyi açıqlanıb.

Təxminən 855 metr hündürlüyündə olan pilləkən bəzən dumanlı dağlıq ərazilərə çıxışı təmin etdiyi üçün “Cənnətə gedən pilləkən” kimi də tanınır.

Bələdiyyənin açıqlamasında sözügedən marşrutun həm təhlükəli olduğu, həm də başqalarına məxsus torpaqlardan keçdiyi vurğulanıb və turistlərdən pilləkənlərlə çıxmaması xahiş edilib.

Honolulu polisinin CNN ilə paylaşdığı məlumata görə, aprelin 23-də pilləkənlərlə çıxan 5 nəfər şəxsi mülkə girmək ittihamı ilə saxlanılıb.

Həmçinin bildirilib ki, 20-21 aprel tarixlərində pilləkənləri qalxmağa hazırlaşan ən azı 60 nəfərə xəbərdarlıq edilib.

Polis rəsmilərindən Randall Platt helikopterlərin pilləkənləri sökmək üçün işlədiyini və əraziyə girişlərin çox təhlükəli olduğunu bildirib.

II İkinci Dünya Müharibəsində quraşdırılmış radio qülləsinə daxil olmaq üçün ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tikilmiş pilləkənin sökülməsi bələdiyyəyə təxminən 2,5 milyon dollara başa gələcək.

Təxminən 5 ay çəkəcəyi gözlənilən sökülmə prosesi başa çatdıqdan sonra pilləkənin hara köçürüləcəyinə hələ qərar verilməyib.

“Jurassic Park”, “Pearl Harbor” və “Jumanji” kimi məşhur istehsalın çəkildiyi Kualoa Farm, pilləkənləri satın ala biləcəklərini bildirib. Oahu adasındakı ferma da Havay adalarına gedən turistlərin tez-tez ziyarət etdiyi yerlər sırasındadır.