Yazını böyüt
Yazını kiçilt
Çexiya Prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb. O, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur.
Hafta.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası X sosial hesabda məlumat yayıb.
"Onun xəsarətləri ciddi deyil, lakin buna görə Mərkəzi Hərbi Hospitalda qısamüddətli müayinə tələb olunur", - məlumatda deyilir.
Bildirilib ki, dövlət başçısının administrasiyası sonradan baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat vermək niyyətindədir.