"The Transporter" və "Sürətli və Qəzəbli" filmlərinin ulduzu Ceyson Statham, Antalyanın Belek bölgəsindəki bir oteldə istirahət edərkən sosial media hesabında ''İkinci evimə qayıtmaq çox gözəl'' deyib. Tanınmış aktyorun çoxlu əks-səda doğuran paylaşımı qısa zamanda trend mövzusuna çevrilib.
Hafta.az-ın yazdığına görə, 26 iyul 1967-ci ildə İngiltərənin Şirebruk şəhərində anadan olan Ceyson Steytham rejissor Qay Riçinin kəşfi ilə kinoda debüt edib. İlk filmi olan “Kilid, stok və iki siqaret çelli” (1998) onu kino dünyasına tanıdıb. Daha sonra Qay Riçinin rejissoru olduğu "Snatch" (2000) filmi ilə tanınmasını artırdı.
O, əsl debütünü “Transporter” serialı ilə edib. Ceyson, bu filmlərdə döyüş səhnələrində kaskadyordan istifadə etməməklə döyüş sənəti və fiziki performans istedadı ilə aksiya janrının axtarılan simalarından birinə çevrilib.