Cill Bayden ərindən xahiş etdi: "Qəzzanın əzabını dayandırın"

09:46 06.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın birinci xanım Cill Bayden Ağ Evdə Qəzzada mülki ölümlərə son qoymağa çağıran ən yüksək səslərdən birinə çevrilib və əri, prezident Co Baydeni zorakılığın dayandırılmasını təmin etməyə çağırıb.

Hafta.az-ın “New York Times” qəzetinə istinadən yazdığına görə, əvvəlki günlərdə Bayden müsəlman icmasının üzvləri ilə görüşüb və iddialara görə, birinci xanım prezidentin Həmas-la münaqişəsində İsraili dəstəkləməsini bəyənmədiyini bildirib.

Toplantıda iştirak edən Qaradərili Müsəlman Liderlik Şurasının qurucusu Salima Susvellin sözlərinə görə, xanım Cill ərinə israrla “Müharibəni dayandır” deyib.

Birinci xanımın tələbi insan haqları təşkilatlarının dünya liderlərinə aclıq və xəstəlik təhlükəsi altında olan günahsız fələstinlilərin humanitar yardım almaqda çətinlik çəkdikləri barədə xəbərdarlıq etdiyi vaxta təsadüf edir. Məhz bu həftə “World Central Kitchen”ın mülki şəxslərə yemək aparan 7 əməkdaşı İsrailin hava hücumu nəticəsində həlak olub.

Bayden 7 oktyabr hücumundan sonrakı günlərdə İsraili həvəslə dəstəkləyirdi və Həmas-la mübarizədə İsrailə hərbi yardım göndərmişdi. Lakin son aylar münaqişənin qanlı xarakter alması və daha çox günahsız fələstinlinin öldürülməsi səbəbindən onun dəstəyi səngiyib.

Hətta seçicilər Baydenin Qəzzadakı müharibə ilə bağlı mövqeyinə qarşı çıxıblar və praymerizlərdə onun lehinə səs verməkdən imtina ediblər, bunun əvəzinə bülletenlərini boş qoyublar.

Deyəsən xanım Cillin prezident ərini təşviq etməsi, onun Amerikanın beynəlxalq münaqişələrə qarışmasını sevməməsi ilə əlaqələndirilir. Bu qismən ona görədir ki, oğul Bayden 2003-cü ildə Delaver Ordusunun Milli Qvardiyasında xidmət etdikdən sonra 2008-ci ildə İraqa göndərilmək məcburiyyətində qalmışdı.

Birinci xanım qoşunların Əfqanıstandan çıxarılması qərarını da dəstəkləyib.

Siyasət rubrikasından digər xəbərlər