Çin ABŞ-ı hədələdi

13:48 15.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Çin ABŞ-ın Çin şirkətlərinə balon vəziyyəti bəhanəsi ilə tətbiq etdiyi sanksiyalara cavab olaraq əks tədbirlər görəcək. Bu barədə RİA Novosti məlumat yayıb.

O qeyd edib ki, hava şarının ABŞ hava məkanına daxil olması “fors-major” səbəbindən baş vermiş qəzadır.

Vanq Venbin qeyd edib ki, Çin dəfələrlə ABŞ-a hadisənin şərtlərini izah edib, lakin Amerika tərəfi gücdən sui-istifadə edib, həddindən artıq reaksiya verib və vəziyyəti gərginləşdirib.

"Çin buna qəti şəkildə qarşıdır və qanuna uyğun olaraq Çinin suverenliyinə və təhlükəsizliyinə zərər vuran ABŞ-ın müvafiq qurumlarına qarşı əks tədbirlər görəcək" deyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl bildirmişdi ki, ABŞ hava şarından sonra Çinlə münaqişəyə can atmır.