Çin banklarından Rusiya şirkətlərinə yeni blokada

09:51 16.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya şirkətlərinin Çin bankları ilə yaşadıqları ödəniş problemlərinə yenisi əlavə edilib.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, Çin bankları martın sonundan etibarən Rusiya şirkətlərinin elektron məhsul komponentləri üçün ödənişlərini bloklamağa başlayıb.

Qəzet, ödəniş bloklarının dekabr ayında hazır məhsullarla başladığını, lakin indi hissələrə və komponentlərə genişləndiyinə diqqət çəkdi. Ödənişi artıq təsdiqlənməyən məhsul elementləri arasında serverlər, məlumat saxlama mərkəzləri və noutbuk komponentləri var.

“Kommersant”a danışan ekspertlər bildiriblər ki, Çin istehsalçıları bəzi mallar üzrə qlobal monopoliyaya malikdir və Rusiya şirkətləri ciddi çətinliklərlə üzləşə bilər.

Dekabrın sonunda ABŞ administrasiyası Rusiya şirkətləri ilə işini davam etdirən banklara ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.

Oxunma sayı 45