Çin BƏƏ-də hərbi baza tikir

09:15 02.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Müdafiə Nazirliyindən - Pentaqondan sızan sənədlərə görə, Çin Ağ Evin etirazlarına baxmayaraq, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hərbi baza tikməyə davam edib.

Hafta.az-ın yaqzdığına görə, Vaşinqtonun Çinin BƏƏ-də hərbi baza qurma planlarına etiraz etməsindən sonra 2021-ci ildə proses dayandırılsa da, tikinti işlərinin davam etdiyi öyrənilib.

Sənədlərdə qeyd olunub ki, Çin Əbu-Dabidən bir qədər kənarda hərbi baza tikməkdə davam edir və baza 2023-cü ilədək Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrikadakı liman bölgələrində qlobal hərbi qurğular şəbəkəsi yaratmaq planının bir hissəsidir. .

Çinin son vaxtlar Yaxın Şərq ölkələri ilə münasibətlərini yaxşılaşdırmağa çalışdığı aydın görünür. Bu kontekstdə Körfəz ölkələri ilə əlaqələrə önəm verilməsi diqqət çəkir.