2022-ci ildə Çinin ümumdaxili məhsulu (ÜDM) 121 trilyon 20 milyard 700 milyon yuana çatıb. Bununla da dünyanın ikinci ən böyük iqtisadiyyatı və ən çox əhaliyə malik ölkəsi olan Çində ÜDM 3 faiz artıb.
Hafta.az-ın yazdığına görə, bu rəqəmlər Çin Dövlət Statistika Bürosunun dərc etdiyi "Çin Xalq Respublikasının 2022-ci il Milli İqtisadi və Sosial İnkişaf Statistika Bülleteni"ndə qeyd olunub.
Eyni hesabata görə, 2022-ci ildə Çinin şəhər yerlərində yeni işə düzələnlərin sayı 2021-ci ilə nisbətən 630 min nəfər azalaraq 12 milyon 60 min nəfərə enib. 2022-ci ildə şəhər yerlərində qeydə alınmış işsizlik səviyyəsi 5,6 faiz təşkil edib. Ölkə daxilində əməkçi miqrantların ümumi sayı yüzdə 1,1 artaraq 295 milyon 620 minə çatıb.
Hesabata görə, 2022-ci ildə istehlak qiymətləri 2 faiz, istehsalçı qiymətləri isə 4,1 faiz artıb.