Çin orbitə Shijian-23 peykini buraxıb

14:24 09.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Long March-7A” daşıyıcı raketi “Shijian-23” peykini orbitə çıxarıb. Bu barədə hafta.az Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasına istinadən məlumat yayıb.

Kosmosa Vençanq kosmodromundan Pekin vaxtı ilə saat 6:00-da buraxılıb.

Orbitdə eksperimentlər və texnoloji sınaqlar aparmaq üçün orbitə buraxılan vasitə Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb.

Bu buraxılış bu il Çin üçün ilk idi.