Tayvan adaya yaxınlaşan 4 Çin Xalq Azadlıq Ordusunun (PLA) hərbi dəniz gəmisi, iki döyüş təyyarəsi və bir hərbi helikopterini qeydə alıb. Bu barədə Tayvanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, iki J-16 qırıcı təyyarəsi cənub-qərb bölgəsində Tayvanın hava hücumundan müdafiə (AD) identifikasiya zonasını keçib. Ka-28 daşıyıcısı əsaslı sualtı qayıq əleyhinə helikopter adanın şərq sərhədində peyda olub.
Çin ordusunun hərəkətlərinə cavab olaraq, Tayvan hərbçiləri hava patrulunu qaldırıb, vətəndaşları radio vasitəsilə mümkün təhlükə barədə xəbərdar edib və zenit-raket sistemlərini yerləşdirib.
Bir gün əvvəl Çinin müdafiə naziri Vey Fenqe amerikalı həmkarı Lloyd Ostin ilə Kambocada Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) kənarında keçirdiyi görüşdən sonra Tayvan məsələsinin Çin və ABŞ arasındakı münasibətlərdə qırmızı xətt olduğunu söyləyib.