Çin Meksikaya yeni hava reysi ilə ölkə tarixinin ən uzun tarifəli uçuşunu həyata keçirir.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, mayın 11-də Quandun əyalətinin Şenzen şəhərindən havaya qalxacaq China Southern Airlines təyyarəsi Meksikanın paytaxtı Mexiko şəhərinə gedəcək.
Dayanmadan 16 saat davam edəcək səyahətdə 14147 kilometr məsafə qət ediləcək. Qayıdış 21 saat 20 dəqiqə çəkəcək. Geri dönərkən təyyarə yanacaq doldurmaq üçün Meksikanın Tixuana şəhərində eniş edəcək.
Airbus A350 model təyyarəsi ilə təşkil ediləcək uçuş, Çindən başqa bir ölkəyə indiyə qədər edilən ən uzun tarifəli uçuşdur.
Əvvəlki ən uzun dayanmadan uçuş Quanqdonq əyalətinin ən böyük şəhəri olan Quankodan ABŞ-ın Nyu-York şəhərinə olub. Bu uçuşda təxminən 12871 kilometr məsafə qət edilib.
Dünyanın ən uzun dayanmadan uçuşu Sinqapur Hava Yollarının Nyu-York marşrutu ilə həyata keçirilir. Təxminən 15332 kilometr uzunluğunda olan uçuş bir istiqamətə 19 saat davam edir.
China Southern Airlines-ın yeni marşrutu Sinqapurlu rəqibinin Los-Ancelesə uçuşunu geridə qoyaraq dünyanın ən uzun 8-ci uçuşu olub.
Pekin administrasiyası pandemiyadan sonra 2020-ci ildə bağladığı sərhədləri keçən il beynəlxalq səyahətlər üçün yenidən açıb. Bundan sonra, xüsusilə ABŞ və Avropaya uzun məsafəli uçuşlar tədricən yenidən qurulmağa başlayıb.